Xidmətlər

Bir vakansiya

1 ay müddətində aktiv qalır

10 AZN

5 və daha çox vakansiya

Bir gündə 5 və daha çox elan yerləşdirilməsinə 20% endirim tətbiq olunur

8 AZN (5x)

Premium

Premium iş elanı saytda olan digər elanlardan xüsusi dizayn və Premium qeydi ilə fərqlənərək saytın yuxarı hissəsində, ilk onluqda 1 gün ərzində qalacaq

15 AZN
Premium

İş elanlarının yerləşdirilməsi

İş elanı yerləşdirmək üçün, saytdan qeydiyyatdan keçməyiniz, şirkət və vakansiya əlavə etməyiniz xahiş olunur. Mətnin daha rahat oxunması üçün bizim tərəfdən müəyyən qrammatik düzəlişlər aparıla bilər.

İşədüzəltmə üzrə beynəlxalq standart və prinsiplərə cavab verməyən, dəfələrlə bu prinsipləri pozmuş, həmçinin qeyri-qanuni fəaliyyətlə məşğul olan işəgötürən şirkətlərin elanlarının saytımızda yerləşdirilməsinə imtina verə bilərik. İşəgötürən şirkət iş elanında öz şirkət adını göstərməmək hüququna malikdir, lakin bununla belə məxfilik saxlanılmaqla saytın administratoru kimi həmin məlumatlar bizə təqdim olunmalıdır.

Bitmə tarixi qeyd olunmayan iş elanları maksimum tarix olaraq 1 aylıq götürüləcək. Bu müddət əlavə ödəniş olunmaqla artırıla bilər.

Reklam bannerinin yerləşdirilməsi

Reklam bannerinin yerləşdirilməsi üçün xidmət haqqımız bannerin ölçüsündən və saytda olan yerindən asılıdır. Əlavə məlumat əldə etmək üçün Əlaqə bölməsindən müraciət edə bilərsiniz.

Xidmətin ödənişi

Tecrube.az rəsmi qeydiyyatdan keçmiş şirkətdir. Ödənişlər bank köçürməsi vasitəsilə həyata keçirilir və bütün vergilər müvafiq qaydada ödənilir. Biz həmçinin digər növ ödənişləri qəbul edirik və qanunvericiliyə uyğun sənədləşmə təqdim edirik.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2024, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram